Azərbaycan Ukrayna və Moldovaya ərik satışını bərpa edib 

Biznes
  • 16 iyul, 2025
  • 12:39
Azərbaycan Ukrayna və Moldovaya ərik satışını bərpa edib 

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 795,1 min ABŞ dolları dəyərində 870 ton təzə ərik göndərib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 686 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 713 ton (+2 dəfə), Ukraynaya 45,5 min ABŞ dolları dəyərində 64,9 ton, Gürcüstana 25,9 min ABŞ dolları dəyərində (+5 dəfə) 44,8 ton (+7 dəfə), Qazaxıstana 13,1 min ABŞ dolları dəyərində (+16 %) 23,4 ton (+64 %), Moldovaya 12,8 min ABŞ dolları dəyərində 18,3 ton ərik satıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Ukrayna və Moldovaya ərik tədarükünü bərpa edib.