Azərbaycan tütün ixracından qazancını 7 % artırııb

Biznes
  • 24 may, 2025
  • 17:31
Azərbaycan tütün ixracından qazancını 7 % artırııb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 36,002 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə Azərbaycandan 15,442 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 7 % çoxdur.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,44 %-ni, ixrac isə ümumi ixracın 0,18 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.