Azərbaycan Türkiyədən traktor alışını 5 dəfəyə yaxın artırıb

Biznes
  • 17 aprel, 2025
  • 15:38
Azərbaycan Türkiyədən traktor alışını 5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 18,6 milyon ABŞ dolları dəyərində 678 ədəd traktor idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 36 % çoxdur.

Azərbaycan Belarusdan 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çox) 190 ədəd (+65 %), Almaniyadan 3,9 milyon ABŞ dolları dəyərində (+30 %) 176 ədəd (+29 %), Niderlanddan 2,85 milyon ABŞ dolları dəyərində (+51 %) 118 ədəd (+42 %), Çindən 2,7 milyon ABŞ dolları dəyərində (+47 %) 78 ədəd (+16 %), Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (+6,4 dəfə) 32 ədəd (+4,6 dəfə) traktor alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 4 min 11 ədəd traktorun 32 %-i Almaniyanın, 25 %-i Çinin payına düşüb.