Azərbaycan Suriyadan kartof alışını bərpa edib

Biznes
  • 07 avqust, 2025
  • 11:06
Azərbaycan Suriyadan kartof alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 33,4 milyon ABŞ dolları dəyərində 92 835 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 17,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 414 dəfə çoxdur) 52 735 ton (+330 dəfə), Pakistandan 7,1 milyon ABŞ dolları dəyərində (+228 dəfə) 16 469 ton (+165 dəfə), Gürcüstandan 6,6 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 18 842 ton (+9 dəfə), Misirdən 879 min ABŞ dolları dəyərində 1 169 ton (bir il əvvəl tədarük olmayıb), Suriya 797 min ABŞ dolları dəyərində 1 266 ton məhsul alıb.

Azərbaycan 2 ilin tamamında Suriyadan kartof tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 142 min 897 ton kartofun 46,5 %-i İranın, 23,2 %-i Rusiyanın, 16,8 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə