Azərbaycan Qətərə alma şirəsi ixracını bərpa edib

Biznes
  • 11 may, 2023
  • 06:50
Azərbaycan Qətərə alma şirəsi ixracını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,16 milyon ABŞ dolları dəyərində 813 ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,4 dəfə, kəmiyyət olaraq – 4,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 dəfə çoxdur) 780 ton (+18 dəfə), Malayziyaya 17,14 min ABŞ dolları dəyərində (+3 dəfə) 22,66 ton (+2,3 dəfə), Gürcüstana 13,5 min ABŞ dolları dəyərində 10 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 0,12 min ABŞ dolları dəyərində 0,11 ton məhsul satıb.

Azərbaycan 4 il 1 aylıq fasilənin ardından Qətərə alma şirəsi tədarükünü bərpa edib.