Azərbaycan Niderlanddan faner idxalını bərpa edib

Biznes
  • 20 dekabr, 2024
  • 08:05
Azərbaycan Niderlanddan faner idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 34,1 milyon ABŞ dolları dəyərində 110 min 475 kubmetr yapışqanlı faner idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 19,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 61 min 537 kubmetr (-15 %), Belarusdan 14 milyon ABŞ dolları dəyərində (+86 %) 47 min 340 kubmetr (+64 %), Çindən 239 min ABŞ dolları dəyərində 165 kubmetr (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 161 min ABŞ dolları dəyərində 722 kubmetr Belçikadan 31 min ABŞ dolları dəyərində 284 kubmetr (bir il əvvəl tədarük olmayıb) material alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Niderlanddan tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 122,4 min kubmetr fanerin 73 %-i Rusiyanın payına düşüb.