Azərbaycan İtaliyadan konservləşdirilmiş mal əti idxalını bərpa edib
- 06 dekabr, 2024
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,23 milyon ABŞ dolları dəyərində 444 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 8,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % çoxdur) 425 ton (+57 %), Belarusdan 80,3 min ABŞ dolları dəyərində (-26 %) 13,31 ton (-32 %), Türkiyədən 33,74 min ABŞ dolları dəyərində (-74 %) 3,59 ton (-71 %), İtaliyadan 14,74 min ABŞ dolları dəyərində 0,73 ton, Almaniyadan 5,84 min ABŞ dolları dəyərində (+65 dəfə) 1,5 ton (+150 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından İtaliyadan konservləşdirilmiş mal ətinin idxalını bərpa edib.