Azərbaycan Gürcüstan məhsullarının idxalını artırıb
- 19 oktyabr, 2021
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Gürcüstandan 79,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 48,8 % çoxdur.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,7 % payla qonşu ölkənin yerli ixrac üzrə əsas ticarət tərəfdaşlarının ilk onluğunda VIII sırada yer alıb.
Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 2 milyard 981,3 milyon ABŞ dolları (+ 24 %) dəyərində yerli məhsul ixrac olunub. İlk doqquz ayda ixrac edilən yerli məhsulların ilk onluğuna mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, fındıq, spirtli içkilər, mineral gübrələr, trikotaj köynəklər, qızıl, tərkibində şəkər olan mineral və qazlı sular daxil olub.