Azərbaycan Çin şirkəti ilə Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin perspektivlərini müzakirə edib
- 12 noyabr, 2025
- 14:48
Azərbaycan Çinin "China Datang Corporation Ltd." şirkəti ilə Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivlərini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, müzakirələr şirkətin sədri Lü Cün ilə görüşdə baş tutub: "Görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik".
Nazir tərəflərin yaşıl enerji layihələrinin icrası, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardığını qeyd edib.
"China Datang Corporation Ltd." şirkətinin (@China_Datang) sədri Lü Cün ilə görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik. #Yaşılenerji layihələrinin icrası, Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivləri, #energetika sektoruna… pic.twitter.com/vxqtOhT4TX
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 12, 2025