Azərbaycan Avstriyadan elektromobil idxal etməyə başlayıb
- 11 mart, 2025
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 121,6 milyon ABŞ dolları dəyərində 3 027 ədəd elektromobil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 2 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 82,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % az) 2 314 ədəd (-10 %), Almaniyadan 16,5 milyon ABŞ dolları dəyərində (-34 %) 235 ədəd (-15 %), Amerika Birləşmiş Ştatlarından 10,15 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 352 ədəd (+2,4 dəfə), Böyük Britaniyadan 9,1 milyon ABŞ dolları dəyərində (+7,5 dəfə) 23 ədəd (+3,8 dəfə), Belçikadan 1 milyon ABŞ dolları dəyərində (-25 %) 15 ədəd (-25 %) elektromobil alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan tədarük (445,5 min ABŞ dolları dəyərində 3 ədəd) həyata keçirilib.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 3 min 102 ədəd elektromobilin 82,6 %-i Çinin payına düşüb.