Azərbaycan 5 ölkədən konteyner idxalını bərpa edib

Biznes
  • 08 yanvar, 2024
  • 12:23
Azərbaycan 5 ölkədən konteyner idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 3 milyon ABŞ dolları dəyərində 862 ədəd konteyner idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,7 dəfə, kəmiyyət olaraq 6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,5 dəfə çoxdur) 483 ədəd (+7,2 dəfə), İtaliyadan 600 min ABŞ dolları dəyərində (+20 dəfə) 18 ədəd (+18 dəfə), Finlandiyadan 446 min ABŞ dolları dəyərində (+41 dəfə) 248 ədəd (+124 dəfə), Böyük Britaniyadan 183,2 min ABŞ dolları dəyərində (-39 %) 12 ədəd (-78 %), Norveçdən 76,33 min ABŞ dolları dəyərində 54 ədəd məhsul alıb.

Azərbaycan 4 il 4 aydan sonra Kanadadan (16,14 min ABŞ dolları dəyərində 1 ədəd), 3 ilin tamamında Cənubi Afrika Respublikasından (55,36 min ABŞ dolları dəyərində 3 ədəd), 3 il 11 aydan sonra Əfqanıstandan (1,5 min ABŞ dolları dəyərində 1 ədəd), 1 il 6 aylıq fasilənin ardından İrlandiyadan (18,44 min ABŞ dolları dəyərində 1 ədəd), 2 illik aradan sonra Norveçdən konteyner tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilmiş 166 ədəd konteynerin 45,8 %-i Çinin, 35,5 %-i Böyük Britaniyanın payına düşüb.

44 - Tezliklə