Azərbaycan Qazaxıstana çiyələk satışını kəskin artırıb
- 18 avqust, 2023
- 13:06
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 17,921 milyon ABŞ dolları dəyərində 12 min 950 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 17,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % çoxdur) 12 min 405 ton (+2,3 dəfə), Qazaxıstana 655,78 min ABŞ dolları dəyərində (+82 %) 519,74 ton (+2,1 dəfə), Belarusa 60,69 min ABŞ dolları dəyərində (+5 dəfə) 25,5 ton (+89 %) və Səudiyyə Ərəbistanına 0,72 min ABŞ dolları dəyərində 0,12 ton (ilk dəfə tədarük olub) məhsul satıb.
2022-ci ildə Azərbaycana (3 ölkədən) idxal edilən 10,1 min ton çiyələyin 97,1 %-i Rusiyanın payına düşüb.