Pap Tyav: "Belçikaya məğlubliyyət bizim üçün çox ağırdır"
- 02 iyul, 2026
- 04:22
Yeniliklərdən dərhal xəbərdar olun!
DÇ-2026-nın 1/16 final mərhələsində Belçika millisinə uduzan Seneqal üçün məğlubiyyət çox ağırdır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu sözügedən matçdan sonra Afrika təmsilçisinin baş məşqçisi Pap Tyav deyib.
Mütəxəssis 2:0 hesabı ilə öndə olduqları qarşılaşmada qalib gələ bilmədikləri üçün üzgün olduqlarını söyləyib:
"Məğlub olduq və bu bizim üçün çox ağırdır. Son ana qədər mübarizə aparan komandamızı təbrik etməliyik. Təəssüf ki, iki top üstün olduğumuz hesabı qoruya bilmədik. Növbəti mərhələyə yüksəldiyi üçün Belçika millisini təbrik edirəm. Bu nəticəni qəbul etməliyik, çünki futbolun marağı də elə budur".
Qeyd edək ki, Belçika Seneqal seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.