DÇ-2026: ABŞ millisi Bosniya və Herseqovinaya qalib gələrək 1/8 finala yüksəlib - YENİLƏNİB-5

Futbol
  • 02 iyul, 2026
  • 06:07
DÇ-2026: ABŞ millisi Bosniya və Herseqovinaya qalib gələrək 1/8 finala yüksəlib - YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında ABŞ Bosniya və Herseqovina millisinə qalib gəlib.

"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman adlarını tabloya yazdırıblar.

Amerikalılar qarşılaşmanı 10 nəfərlə bitiriblər. İlk qolu vuran Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

ABŞ seçməsi 1/8 finalda Belçika ilə üz-üzə gələcək.

Futbol üzrə dünya çempionatının ABŞ - Bosniya və Herseqovina oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında amerikalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.

82-ci dəqiqədə Malik Tillman cərimə zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının ABŞ - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında amerikalılar hesabda irəlidədirlər - 1:0.

45-ci dəqiqədə Folarin Baloqan fərqlənib.

Futbol üzrə dünya çempionatının ABŞ - Bosniya və Herseqovina oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında amerikalılar hesabda irəlidədirlər - 1:0.

45-ci dəqiqədə Folarin Baloqan fərqlənib.

Futbol üzrə dünya çempionatının ABŞ - Bosniya və Herseqovina oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, San-Fransisko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında amerikalılar hesabı açıblar - 1:0.

45-ci dəqiqədə Folarin Baloqan fərqlənib.

Futbol üzrə dünya çempionatının ABŞ - Bosniya və Herseqovina oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı San-Fransisko stadionunda keçirilir.

Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.