BMT ilin sonunadək ABŞ və Çindən üzvlük haqlarını almağı gözləyir

Digər ölkələr
  • 02 iyul, 2026
  • 05:28
BMT ilin sonunadək ABŞ və Çindən üzvlük haqlarını almağı gözləyir

BMT ilin sonunadək ABŞ-dən təşkilatın büdcəsinə üzvlük haqları üzrə daha bir ödəniş edəcəyini gözləyir və bundan sonra Vaşinqtonun borcu 2 mlrd dollardan 1,3-1,4 mlrd dollaradək azala bilər.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi, təşkilatın nəzarətçisi səlahiyyətlərini icra edən Çandru Ramanatan bildirib.

"Onların bizə hələ də 2 mlrd dollar borcu var. Biz onlardan daha bir ödəniş gözləyirik, buna görə də mümkündür ki, ilin sonuna qədər borc 1,3-1,4 mlrd dollar təşkil etsin. Biz dəqiq bilmirik, yalnız gözləmək qalır", - o, jurnalistlərə deyib.

Ramanatanın sözlərinə görə, BMT-də həmçinin Çindən təşkilatın büdcəsinə çoxmilyonluq üzvlük haqqının daxil olmasını gözləyirlər.

"Onlar, şübhəsiz ki, ilin sonunadək hər şeyi ödəyəcəklər", - o bildirib.

Qeyd edək ki, təşkilatın ən böyük donoru olan ABŞ büdcəyə müntəzəm üzvlük haqlarını köçürməkdən imtina etdikdən və ümumdünya təşkilatı agentliklərinin könüllü maliyyələşdirilməsinin həcmini azaltdıqdan sonra BMT likvidlik böhranı ilə üzləşib.