Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək

Xarici siyasət
  • 27 oktyabr, 2014
  • 14:23
Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Məhəmməd Tağı Əlili Bakıya noyabr ayında gəlməyi planlaşdırır. 

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, yeni səfir Azərbaycan prezidentinə etimadnamələrini təqdim etdikdən sonra öz vəzifələrinin icrasına başlayacaq.  

Səfir təyin olunmamışdan əvvəl M.T.Xəlili Əfqanıstanın BMT-də daimi nümayəndəsinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, hazırda  Əfqanıstanın Azərbaycandakı diplomatik missiyasına Miraslam Vazeri rəhbərlik edir.  

44 filmi