Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb

Region
  • 21 oktyabr, 2026
  • 10:14
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 14 nəfəri saxlayıb

Stepanavanda (Ermənistan) saxlanılan 14 nəfər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Axtarışlar və digər prosessual hərəkətlər Korrupsiyaya Qarşı Mübarizə Komitəsində həyata keçirilən cinayət icraatı çərçivəsində aparılır. 14 nəfər saxlanılıb. Zərurət yaranarsa, əlavə məlumat veriləcək", - komitədən bildirilib.

Oktyabrın 21-i səhər saatlarında eyniadlı fraksiyanın deputatı Andranik Gevorqyan Stepanavanda genişmiqyaslı axtarışların aparıldığını və "Güclü Ermənistan" partiyasının tərəfdarlarının saxlanıldığını bildirib.

44 filmi