Ulrix Şmid: Azərbaycan inamlı regional oyunçu kimi özünü təsdiqləyib

Xarici siyasət
  • 08 sentyabr, 2026
  • 10:39
Ulrix Şmid: Azərbaycan inamlı regional oyunçu kimi özünü təsdiqləyib

Azərbaycan son illərdə siyasi arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib və geniş iqtisadi, geosiyasi və hərbi imkanlara malik inamlı regional oyunçu kimi özünü təsdiqləyib.

"Report" xəbər verir ki, bunu Avropada İdarəetmə və Mədəniyyət Mərkəzinin Akademik şurasının üzvü Ulrix Şmid "Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bütün Cənubi Qafqazın siyasi əhəmiyyəti də artıb.

U.Şmid qeyd edib ki, həm Azərbaycan daxilində, həm də bütövlükdə regionda baş verənlər xüsusi maraq kəsb edir: "Bizi Azərbaycanın özündə və Cənubi Qafqazda nələrin baş verdiyi, eləcə də Ermənistanla sülh prosesinin regional əməkdaşlıq üçün necə bir əhəmiyyət daşıdığı maraqlandırır".

44 - Tezliklə