Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb
- 15 oktyabr, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2025-2026-cı il bəyan dövründə 313 min fermer qiymətləndirilib.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, layihənin mühüm nəticələrindən biri fermerlərin iqtisadi və ekoloji göstəricilərini, həmçinin müasir təsərrüfat idarəçiliyi meyarlarını qiymətləndirən reytinq sistemidir: "Sistem əkin sahəsi, məhsuldarlıq, sudan istifadə, torpaq analizi, növbəli və təkrar əkin, uyğun bitki seçimi, üzvi gübrələrdən istifadə, sığorta, müasir texnologiyaların tətbiqi və bəyanların düzgünlüyü kimi göstəriciləri nəzərə alır. Qiymətləndirmə fermerlərin təsərrüfat fəaliyyətinin müxtəlif aspektlər üzrə təhlilinə və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir".