"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 10:47
Premium Bank maliyyə vəziyyətini açıqlayıb

"Premium Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 12,983 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,8 % çoxdur.

9 ayda "Premium Bank"ın gəlirləri 45,025 milyon manat (1 il əvvələ nisbətən 14,8 % çox), xərcləri 30,829 milyon manat (4,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,213 milyon manat (73,3 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Premium Bank"ın aktivləri 678,915 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 % çoxdur. Bunun 487,622 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4 % böyüyüb.

Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 3,9 % artaraq 480,79 milyon manata, o cümlədən depozit portfeli 6,4 % artaraq 402,339 milyon manata, balans kapitalı isə 0,7 % artaraq 198,126 milyon manata çatıb.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 174,601 milyon manatdır. Bankın səhmdarları 86,25 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 13,47 % payla "VIP Aviation Services" MMC və 0,28 % payla Elvira Əhmədovadır.

44 - Tezliklə