"Anglo Asian Mining" 9 ayda Azərbaycanda qızıl hasilatını cüzi artırıb

Sənaye
  • 15 oktyabr, 2026
  • 10:54
Anglo Asian Mining 9 ayda Azərbaycanda qızıl hasilatını cüzi artırıb

Böyük Britaniyanın qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining PLC" şirkəti üçüncü rübdə Azərbaycanda qızıl istehsalını 0,25 % azaldaraq 6 781 unsiyaya (2025-ci ilin müvafiq dövründə 6 798 unsiya) endirib.

"Report" "Anglo Asian Mining"ə istinadən xəbər verir ki, ümumi həcmin 5 582 unsiyası "dore" qızıl külçələrindən, 1 199 unsiyası isə flotasiya və SART-prosessinqi nəticəsində əldə edilib.

2026-cı ilin doqquz ayının yekunları üzrə qızıl hasilatının həcmi ötən ilin eyni dövründəki 18 912 unsiya ilə müqayisədə 19 110 unsiyaya çatıb.

III rübdə "dore" qızılının ümumi satışı hər unsiya üçün orta hesabla 4 259 ABŞ dolları olmaqla 5 733 unsiyaya qədər artıb (2025-ci ilin III rübündə hər unsiya üçün 3 430 dollar olmaqla 5 181 unsiya).

Bundan başqa, 30 sentyabr 2026-cı il tarixinə "Anglo Asian" şirkətinin satılmamış "dore" qızılı və mis konsentratı ehtiyatları 27 milyon dollar məbləğində qiymətləndirilib.

Şirkət 2026-cı il üçün qızıl istehsalı üzrə illik hədəfini hər unsiya üçün 1 500-1 800 dollar diapazonunda 26 000 - 30 000 unsiya səviyyəsində təsdiqləyib.

44 - Tezliklə