Şuşada TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb

Xarici siyasət
  • 06 iyul, 2024
  • 09:45
Şuşada TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşadakı qeyri-rəsmi Zirvə görüşü çərçivəsində TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalanıb.

Bu barədə "Report"un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verib.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.

44 - Tezliklə