Tayvan təmsilçisi: “Son illərdə Azərbaycanla ticarət əlaqələrimiz əhəmiyyətli dərəcədə artıb”
- 20 dekabr, 2023
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycandan çox uzaq olsaq da, ticarət əlaqələrimiz uzun illərdir davam edir”.
Bunu Tayvan Çin Respublikasının Türkiyənin Ankaradakı Taypey İqtisadi və Mədəniyyət Missiyasının nümayəndəsi Çih-Yanq Huanq “Report”un Ankara bürosuna müsahibəsində bildirib.
Diplomat deyib ki, Tayvanla Azərbaycanın rəsmi diplomatik əlaqələri olmasa da, iki ölkə arasında ticarət əlaqələri mövcuddur:
“Əlaqələrimiz uzun illərdir ki, davam edir. Son illərdə Tayvanla Azərbaycan arasında ticarət həcmlərində əhəmiyyətli artım olub. Biz ümid edirik ki, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, enerji və neft-kimya sahələrində daha dərin ikitərəfli mübadilələri gücləndirməyə davam edəcəyik. Əməksevərlik, mehribanlıq, səmimiyyət kimi xarakterlər biz çinlilərlə azərbaycanlıların ortaq dəyəridir. Coğrafi baxımdan bir-birimizdən çox uzaq olsaq da, qəlbimiz yaxındır. Biz Türkiyədə olduğu kimi Azərbaycanda da müvafiq nümayəndəliyinin olmasını istəyirik. Belə olarsa, mübadilələrimizi və əməkdaşlığımızı gücləndirmək və genişləndirmək üçün birlikdə çalışarıq”.
Çih-Yanq Huanqın geniş müsahibəsini buradan oxuya bilərsiniz.