Səfir: Çin və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığı qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir

Xarici siyasət
  • 06 noyabr, 2026
  • 11:25
Səfir: Çin və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığı qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir

Çin və Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq Qlobal Təhlükəsizlik Təşəbbüsünün praktiki baxımdan reallaşdırılmasının mühüm tərkib hissəsidir.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Çinin strateji tərəfdaşı, həmçinin Çin Sədri Si Cinpin tərəfindən irəli sürülmüş dörd qlobal təşəbbüsün praktiki baxımdan reallaşdırılmasının fəal tərəfdarı və iştirakçısıdır.

"Çinin xarici işlər naziri Van İ ilə bu yaxınlarda keçirilmiş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan tərəfinin Çin Sədri Si Cinpin tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərə hərtərəfli dəstəyini bir daha təsdiq edib. Son illərdə iki ölkə bu təşəbbüslərin praktiki baxımdan reallaşdırılması vəzifələrini rəhbər tutaraq müxtəlif istiqamətlər üzrə əməkdaşlıqda yeni nəticələr əldə ediblər", – səfir qeyd edib.

Xəbər yenilənir

44 filmi