Gələn il diaspor fəaliyyətinə sərf ediləcək xərclərin strukturu məlum olub

Milli Məclis
  • 06 noyabr, 2026
  • 11:12
Gələn il diaspor fəaliyyətinə sərf ediləcək xərclərin strukturu məlum olub

2027-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 9,1 milyon manat ayrılacaq.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat (cari il səviyyəsində), "Dünya Azərbaycanlılarının VI Qurultayı"nın keçirilməsi xərcləri üçün 1,5 milyon manat və Komitənin yaradılmasının 25 illiyi ilə bağlı xərclər üçün 0,5 milyon manat vəsait nəzərdə tutulub.

2027-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 5,9 milyon manat proqnozlaşdırılır.

44 filmi