Şahin Mustafayev: “Türk sivilizasiyası abidələrini öyrənmək və qorumaq bizim üçün vacibdir”

Xarici siyasət
  • 07 aprel, 2023
  • 10:06
Şahin Mustafayev: “Türk sivilizasiyası abidələrini öyrənmək və qorumaq bizim üçün vacibdir”

“Bizim üçün əsas məsələ türk sivilizasiyasını öyrənmək və beynəlxalq ictimaiyyətin diqqətini onun obyektlərinin qorunub saxlanmasına yönəltməkdir”.

"Report" xəbər verir ki, bunu Türk Akademiyasının prezidenti Şahin Mustafayev bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.

“Monqolustanlı arxeoloqlarla birlikdə keçmişdə çoxlu qiymətli əşyaların aşkar edildiyi Monqolustanda qazıntıları davam etdiririk.

Ş.Mustafayevin sözlərinə görə, indiyədək TÜRKSOY ölkələrinin 44 obyekti UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bunlardan 3-ü Azərbaycanda, 12-si Qazaxıstanda, Qırğızıstan və Özbəkistanın hər birində isə 5-i yerləşir. Ş.Mustafayevin sözlərinə görə, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycandan 19 obyekt daxildir. Ümumilikdə TÜRKSOY ölkələrinin bu siyahıya daxil olan obyektlərinin sayı 60-dan çoxdur.

Akademik türk xalqlarının irsi siyahısının da mövcud olduğunu və bu siyahıya Çində olan 58, Avropa ölkələrində isə onlarla obyektin daxil olduğunu əlavə edib.

“Obyektlərin UNESCO maddi və qeyri-maddi irsi siyahılarına daxil edilməsi hər il daha da çətinləşir”, - Şahin Mustafayev bildirib və bu məsələdə TÜRKSOY-u sıx əməkdaşlığa çağırıb.

44 filmi