"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir

Maliyyə
  • 30 oktyabr, 2026
  • 09:59
Binance: Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir

"Binance" kriptovalyuta birjası vəsaitlərin çıxarılmasının 48 saat ərzində bərpa olunacağını gözləyir.

"Report" xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilib.

"Baş vermiş təhlükəsizlik insidenti DevOps mühəndisinin noutbukunun komprometasiya edilməsi ilə bağlı ola bilər. Bu hadisə hücum edən tərəfə xidmətin konteynerinə daxil olmaq və icazəsiz qaydada vəsaitlərin çıxarılması proseslərini reallaşdırmaq imkanı yaradıb. Depozitlər hadisədən təsirlənməyib və öz normal iş rejimini davam etdirir. Vəsaitlərin çıxarılması prosesləri isə komandanın müvafiq xidmətin və onunla əlaqəli ünvanların təhlükəsizlik infrastrukturunun yenilənməsi işlərini başa çatdırmasına qədər müvəqqəti olaraq dayandırılıb.", - məlumatda qeyd edilib.

Bildirilib ki, insident bir neçə amildən qaynaqlanıb. Kriptobirjanın təhlükəsizlik xidməti insidentin başlanğıc nöqtəsi ola biləcək sındırılmış kompüter vasitəsilə hücumun bütün mərhələlərini izləyir. Əsas səbəbin göstərildiyi ətraflı hesabat daha sonra dərc olunacaq.

Daha əvvəl "Binance" kriptovalyuta birjasının keçmiş direktoru Çanpen Çjao platformanın hakerlər tərəfindən sındırılmış ola biləcəyini bəyan edib. Daha sonra birjadan bildirilib ki, "təhlükəsizlik insidenti" nəticəsində itkilər 6,3 milyard dollar təşkil edə bilər.