Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb

Region
  • 30 oktyabr, 2026
  • 10:23
Qırğızıstanda hava limanında 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb

Şımkənd (Qırğızıstan) hava limanında dəyəri 227,8 milyon tengə (503 min dollar) olan təxminən 2,8 kq qızıl qaçaqmalçılığının qarşısı alınıb.

"Report" Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nəqliyyat Prokurorluğundan bildirilib.

"Özbəkistan vətəndaşları qiymətli metalı Şımkənd hava limanı vasitəsilə qeyri-qanuni olaraq Türkiyəyə aparmağa cəhd ediblər. Qızılı gömrük nəzarətindən gizlətmək üçün onun zərrəcikləri çamadanların daxili astarına və baqajın qablaşdırmasına çəkilib", - məlumatda qeyd olunub.

Baş Nəqliyyat Prokurorluğunun vəsatətləri əsasında aşkar edilmiş qızıl müsadirə olunub. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib.

Məhkəməyəqədərki istintaq davam edir.

44 filmi