TFF "Fənərbağça" və "Qalatasaray"ın futbolçusunu cəzalandırıb

Futbol
  • 30 oktyabr, 2026
  • 10:17
TFF Fənərbağça və Qalatasarayın futbolçusunu cəzalandırıb

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Fənərbağça" və "Qalatasaray"ın futbolçularını cəzalandırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Buna komandalar arasında keçirilmiş Superliqa oyununda yaşananlar səbəb olub.

"Fənərbağça"nın oyunçusu Arçi Brauna 3, "Qalatasaray"dan Abdüllkerim Bardakçıya 2 oyunluq cəza verilib. Futbolçular matçda bir-biri ilə dava ediblər.

Xatırladaq ki, İstanbul derbisi "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

44 filmi