Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Türkiyəyə başsağlığı verib

Xarici siyasət
  • 06 fevral, 2023
  • 06:21
Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Türkiyəyə başsağlığı verib
Əziz Ələkbərli

“Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri olaraq icmamızın bütün üzvləri adından qardaş Türkiyədə baş verən 7.4 maqnitudalı zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm".

"Report"un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O, İcma üzvləri və rəhbərliyinin bu xəbərdən dərindən sarsıldığını bildirib.

İcma sədri yaralılara şəfa diləyib.