Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub

Formula 1
  • 02 noyabr, 2026
  • 02:30
Antonelli Formula 1 tarixinin ən gənc çempionu olub

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli Meksika Qran-prisinin yekunlarına əsasən vaxtından əvvəl "Formula 1" üzrə dünya çempionu titulunu qazanıb.

"Report" xəbər verir ki, titul əldə etmək üçün 20 yaşlı pilota əsas yarışda ilk doqquzluğa düşmək və cəmi iki xal toplamaq kifayət edirdi.

Nəticədə Antonelli Mexikoda üçüncü yeri tutub. Yarışın qalibi "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci yeri isə "Ferrari"nin britaniyalı sürücüsü Lüis Hemilton tutub.

Mexikodakı yarışdan əvvəl Antonelli Corc Rasseli 123, Hemiltonu isə 124 xal qabaqlayırdı. O, cari mövsümdə bundan əvvəl doqquz yarışda qalib gəlib.

2025-ci ildən "Mercedes" komandasında çıxış edən Antonelli "Formula 1" tarixinin ən gənc dünya çempionu olub. Əvvəlki rekord almaniyalı Sebastyan Fettelin adına idi. O, 2010-cu ildə ilk çempionluğunu 23 yaşında qazanmışdı.

Antonelli həmçinin Cüzeppe Farina (1950) və Alberto Askari (1952, 1953) ilə yanaşı, "Formula 1" tarixində İtaliyadan olan üçüncü dünya çempionudur.