Qazaxıstan parlamentinə azərbaycanlı deputat seçildi
Xarici siyasət
- 11 yanvar, 2021
- 13:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib.
"Report" xəbər verir ki, Assambleyanın 9 üzvü parlamentə daxil olacaq.
Yeni seçilmiş deputatlar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var.
Xatırladaq ki, Qazaxıstanda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, "Nur Otan" partiyası qələbə qazanıb. Növbəti yerlərdə "Ak Jol" və Qazaxıstan Xalq Partiyası gəlir.
Qazaxıstan parlamentində 107 deputat seçilir. Onlardan 98-i ümumxalq səsverməsi yolu ilə, 9-u isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən seçilir.
Son xəbərlər
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region
00:58
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
Futbol
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region
00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr