Çempionlar Liqası: "Barselona" səfər, "Arsenal" ev oyununda qalib gəlib

Futbol
  • 14 oktyabr, 2026
  • 00:58
Çempionlar Liqası: Barselona səfər, Arsenal ev oyununda qalib gəlib

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

"Report" xəbər verir ki, turun ilk oyun günündə 9 matç baş tutub.

"Sabah"ın rəqiblərindən "Barselona" səfərdə "Qalatasaray"a 4:1 hesabı ilə qalib gəlib. "Arsenal" evdə "Lill"i məğlub edib,

"Vikinq" - "Bavariya" qarşılaşmasında qalib müəyyənləşməyib, "Napoli" isə səfərdə "Vilyarreal"a uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

"Lans" (Fransa) – "Sportinq" (Portuqaliya) 0:2

"Sabah" (Azərbaycan) – "Slaviya" (Çexiya) 2:0

"İnter" (İtaliya) – "Brügge" (Belçika) 3:4

"Arsenal" (İngiltərə) – "Lill" (Fransa) 3:0

"Atletiko" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 2:0

"Leyptsiq" (Almaniya) – PSV (Niderland) 1:0

"Vilyarreal" (İspaniya) – "Napoli" (İtaliya) 3:1

"Qalatasaray" (Türkiyə) – "Barselona" (İspaniya) 1:4

"Vikinq" (Norveç) – "Bavariya" (Almaniya) 3:3