"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 02:16
Forbes: İlon Mask yenidən trilyoner statusunu itirib

Amerikalı sahibkar İlon Mask "SpaceX" və "Tesla" şirkətlərinin səhmlərinin qiymətlərinin düşməsindən sonra trilyoner statusunu yenidən itirib. Onun xalis sərvəti 977,2 milyard dollara düşüb.

"Report"un "Forbes"ə istinadən məlumatına görə, 13 oktyabrda iş adamının xalis sərvəti 28,6 milyard dollar və ya təxminən 2,8 % azalıb.

Əsas səbəb ticarətin açılışından sonra "SpaceX"in səhmlərinin 3 %-dən çox düşməsi olub. "Tesla"nın səhmləri də təxminən 0,5 % ucuzlaşıb.

Mask hər iki şirkətin səhmlərinin qiymət artımı sayəsində cəmi dörd gün əvvəl trilyoner statusunu bərpa edib.

Onun xalis sərvəti "SpaceX"in 2026-cı ilin iyununda ictimaiyyətə açıqlanmasından bəri ilk dəfə 1 trilyon dolları keçib.

"Forbes"in qiymətləndirməsinə görə, sahibkar "SpaceX"in təxminən 48,4 %-ə və "Tesla"nın 11%-ə sahibdir.

"SpaceX"in səhmlərinin azalması süni intellekt çip istehsalçılarının satışları fonunda baş verib.