Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb

Ukraynanın paytaxtı Kiyev ardıcıl iki gün hava həyəcan siqnalı olmadan S-400 raketlərini zərbələrinə məruz qalıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, növbəti zərbələr oktyabrın 13-də yerli vaxtla 22:50-də endirilib.

Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərin sorğusuna cavab olaraq bildirib ki, dünəndən etibarən bu gün də tərəfdaşları Ukraynanın ballistik zərbələr ilə bağlı xəbərdar etməyiblər, kəşfiyyat xəbərdarlığı ötürməyiblər. "Hərbi və digər aidiyyəti qurumlar durumu aydınlaşdırır" - o, əlavə edib.

44 filmi