Özbəkistan XİN: Daşkənd və Bakı strateji tərəfdaşlığı möhkəmləndirir
Xarici siyasət
- 30 sentyabr, 2025
- 10:43
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığın inkişafında misli görünməmiş sürət nümayiş etdirir.
"Report"un məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ahror Burhanov sosial şəbəkələrdə yazıb.
"Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ilə görüşməkdən məmnunam. Azərbaycan Xarici İşlər Nazirliyində qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm", - o yazıb.
A.Burhanov vurğulayıb ki, Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında misli görünməmiş temp nümayiş etdirir: "Bu prosesin bir hissəsi olmağımızla qürur duyuruq və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün bütün səylərimizi davam etdirəcəyik".
Son xəbərlər
08:38
Abşeron dairəvi dəmir yolu xəttində "Dərnəgül" dayanacağı istifadəyə verilib
İnfrastruktur08:30
ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib
Digər ölkələr08:18
Bakının bəzi yollarında tıxac müşahidə olunur
İnfrastruktur07:56
Kubanın XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş yoxdur
Digər ölkələr07:30
"The Maritime Executive": Rusiya Suriyadakı hərbi bazasını bərpa edir
Region07:09
Foto
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:50
Ağdam və Xocavənd sakinləri Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüblər
Daxili siyasət06:32
Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır
Digər ölkələr06:06