İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
- 12 oktyabr, 2026
- 18:25
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 14-16-da Ermənistan və Gürcüstana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
Kassis oktyabrın 15-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək. Tərəflər Cənubi Qafqazda sülh prosesini və regional əməkdaşlığı müzakirə edəcəklər.
İsveçrənin XİN rəhbəri oktyabrın 16-da Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və həmkarı Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Ermənistan və Gürcüstana səfərlər Kassisin regional səfərinin ikinci hissəsidir. O, avqustun 3-dən 5-dək Azərbaycan və Türkmənistanda səfərdə olub.