Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
- 23 sentyabr, 2026
- 19:28
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığı müzakirə etmək məqsədilə BQXK prezidenti Miryana Spolyariç ilə görüşüb və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin fəsadlarının aradan qaldırılması istiqamətindəki səylər və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin kritik zərurəti barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan beynəlxalq humanitar hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyərək, qarşılıqlı maraqlar əsasında BQXK ilə dialoqun əhəmiyyətini vurğulayıb.
On the sidelines of #UNGA81, Foreign Minister @Bayramov_Jeyhun met with the President of the International Committee of the Red Cross (@ICRC) Mirjana Spoljaric to discuss cooperation between Azerbaijan and the ICRC.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 23, 2026
The sides exchanged views on the current state of the… pic.twitter.com/W4zrEN9ujL