NYT: ABŞ dizel tədarükünə görə RBİF-dən sanksiyaların götürülməsini müzakirə edir
- 27 oktyabr, 2026
- 23:32
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya Birbaşa İnvestisiyalar Fondundan (RBİF) sanksiyaların götürülməsi imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) danışıqlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton fondun sanksiyalar siyahısından çıxarılması ilə bağlı müraciətinə müəyyən olunmuş qaydada baxır. Sanksiyalar siyahısından çıxarılmaq üçün fond, ona qarşı əvvəlcə məhdudiyyətlərin tətbiq olunmasına səbəb olan əsasların artıq qüvvədə olmadığını sübut etməlidir.
Mənbənin məlumatına görə, bu, Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması və Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində göstərilən səylər çərçivəsində edilir.
Xatırladaq ki, oktyabrın 9-da Tramp Rusiya lideri Vladimir Putinlə Amerika və dünya bazarlarına RF-nin dizel yanacağının tədarükü barədə razılığa gəldiyini elan edib. Elə həmin gün ABŞ-nin Maliyyə Nazirliyi 7 aprel 2027-ci ilə qədər Rusiya dizeli ilə əməliyyatlara icazə lisenziyası verib. Tezliklə ABŞ Maliyyə Nazirliyinin xahişi ilə RBİF-in sövdələşmənin həyata keçirilməsinə cəlb olunduğu barədə məlumat yayılıb.