Nazir: "Ermənistanın siyasi rəhbərliyi təxribat siyasətindən əl çəkmir"

Xarici siyasət
  • 12 dekabr, 2021
  • 08:03
Nazir: Ermənistanın siyasi rəhbərliyi təxribat siyasətindən əl çəkmir
Ceyhun Bayramov

"Ermənistan adətən elan edilmiş danışıqlar öncəsi təxribatlarını daha da intensivləşdirir".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir hesab edir ki, bu, təsadüfi hal deyil: "Bu, Ermənistanın siyasi rəhbərliyinin təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir".