Mahmud Məmmədquliyev: “Rumıniya Azərbaycan üçün mühüm tərəfdaşdır”

Xarici siyasət
  • 23 iyun, 2022
  • 08:59
Mahmud Məmmədquliyev: “Rumıniya Azərbaycan üçün mühüm tərəfdaşdır”

“Rumıniya Azərbaycan üçün mühüm tərəfdaşdır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüququn əsas prinsipləri nəzərə alınmaqla etimada əsaslanır.

Onun sözlərinə görə, Azərbaycanla Rumıniya enerji sahəsindən tutmuş mədəniyyət sahəsinədək geniş spektrdə əməkdaşlıq edir: "Azərbaycan Rumıniya ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır".

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən danışan nazir müavini vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub: “Münaqişədən sonrakı mərhələdə Azərbaycan mövqeyini açıq şəkildə ifadə edib. Buraya işğaldan azad edilmiş ərazilərin bərpası və Ermənistanla münasibətlərin normallaşdırılması daxildir. Azərbaycan bu istiqamətdə əməli addımlar atır”.

44 - Tezliklə