Latviyanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Xarici siyasət
  • 01 oktyabr, 2018
  • 08:38
Latviyanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfirliyində bu ölkənin 13-cü Seyminə keçiriləcək seçkilərlə bağlı seçki məntəqəsi açılacaq.

"Report" xəbər verir ki, səsvermədə Azərbaycanda müvəqqəti və ya daimi yaşayan Latviya vətəndaşları iştirak edə bilərlər.

Səsvermə oktyabrın 6-da Latviyanın Azərbaycandakı səfirliyindəki 1055 saylı seçki məntəqəsində Bakı vaxtı ilə saat 07:00-dan 20:00-dək keçiriləcək.

44 - Tezliklə