Fransa millisinin qapıçısı Qiyom Rest "Real"a keçə bilər

Futbol
  • 14 oktyabr, 2026
  • 17:08
Fransa millisinin qapıçısı Qiyom Rest Reala keçə bilər

Fransa millisinin qapıçısı Qiyom Rest İspaniyanın "Real" klubuna keçə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi "Tuluza"da çıxış edən 21 yaşlı futbolçu ilə maraqlanır.

"Kral klubu" oyunçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Qiyom Rest 2023-cü ildən "Tuluza"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Qapıçı Fransa yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Belçikanı 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada 90 dəqiqə meydanda olub.