"Access Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2026
  • 16:41
Access Bank maliyyə vəziyyətini açıqlayıb

"Access Bank" QSC bu ilin yanvar-sentyabr aylarını 45,246 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

9 ayda "Access Bank"ın gəlirləri 228,784 milyon manat (1 il əvvələ nisbətən 14,2 % çox), xərcləri 165,209 milyon manat (13,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 7,018 milyon manat (39,2 % az), mənfəət vergisi ödəmələri isə 11,312 milyon manat (50,5 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə "Access Bank"ın aktivləri 1 milyard 883,681 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur. Bunun 1 milyard 360,197 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,7 % böyüyüb.

Hesabat dövründə "Access Bank"ın öhdəlikləri 17,4 % artaraq 1 milyard 644,957 milyon manat, o cümlədən depozit portfeli 4,5 % artaraq 1 milyard 92,011 milyon manat, balans kapitalı isə 9,4 % artaraq 238,724 milyon manat olub.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 121,75 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB, 19,9 %), Avropa İnvestisiya Bankı (EIB, 17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC, 16,56 %), Niderland İnkişaf Bankı (FMO) (9,41 %), Avstriya İnkişaf Bankı (OeEB, 9,17 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və "LFS Advisory GmbH"- 27,57%).