İlham Əliyev: Laosla iqtisadi münasibətləri yaxşı səviyyəyə qaldıra bilərik
- 13 oktyabr, 2026
- 11:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyev Laosla siyasi müstəvidə uğurla inkişaf edən əlaqələrlə bağlı eyni mənzərəni iqtisadi sahədə də görmək istədiyini deyib.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, iki ölkə arasında ticarət dövriyyəsi əlbəttə ki, nə potensialı əks etdirir, nə də ki niyyəti:
"Ona görə müvafiq göstərişlər verilib ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin".
Prezident ümid etdiyini bildirib ki, Bakıda keçiriləcək Laos-Azərbaycan forumu bu istiqamətdə önəmli addım olacaq:
"Mən cənab Prezidentə bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir, həm maliyyə bunu nəzərə alaraq, eyni zamanda sərmayələrimizin coğrafiyası da genişlənir və milyardlarla dollar səviyyəsində olunan sərmayələr əlbəttə ki, bizim həm imkanlarımızı göstərir, eyni zamanda qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsal sahələri formalaşır, ona görə eyni yanaşmanı biz ikitərəfli formatda etməyə məcburuq, yenə də deyirəm, konkret layihələr bizə təqdim olunarsa".