Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Region
  • 20 oktyabr, 2026
  • 20:45
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib.

"Mən açıq şəkildə ABŞ vitse-prezidentinə (Cey Di Vens) müraciət edərək bildirdim ki, Amerikanın islam inqilabından (1979) əvvəl və sonra İrana qarşı mənfi siyasətinin uzun tarixi bizi Amerikaya qarşı etimadsızlığın zirvəsinə çatdırıb və indi də Tramp hökuməti tərəfindən İslamabad anlaşma memorandumunun pozulması güvənsizliyi artırır", - İranın spikeri deyib və əlavə edib ki, Tehran müharibə tərəfdarı deyil.

Görüşdə Pakistanın İranla sərhəd mübadilələri ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, bu, müvəqqəti və texniki idi. Belə ki, sərhədlər bu gündən etibarən açılıb.

44 filmi