"Turan" klubu CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb

Komanda
  • 20 oktyabr, 2026
  • 20:33
Turan klubu CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb

"Turan"ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb.

"Report"un məlumatına görə, Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələn Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

44 filmi