Hikmət Hacıyev Fransada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
- 08 yanvar, 2020
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransada bir sıra görüşlər keçirib.
"Report" xəbər verir ki, bu barədə H.Hacıyev "Twitter" səhifəsində yazıb.
Azərbaycan Prezidentinin köməkçisi Parisdə Fransa Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində görüşlər keçirib. O həmçinin bu ölkənin aparıcı tədqiqat mərkəzlərinin nümayəndələri ilə də görüşüb.
"Ölkələrimiz arasındakı siyasi dialoq və ənənəvi dostluq münasibətləri əsasında əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün böyük imkanlar açılır", - H.Hacıyev qeyd edib.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, aktual regional məsələlər, energetika sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.