Elmar Məmmədyarov Latviyaya gedib

Xarici siyasət
  • 11 dekabr, 2019
  • 12:02
Elmar Məmmədyarov Latviyaya gedib
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov
Report/ Elchin Murad

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Səfər çərçivəsində E.Məmmədyarov Latviya prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.