COP31-in baş məsləhətçisi: "Sıfır tullantı" konsepsiyası xüsusi diqqət tələb edir
- 07 sentyabr, 2026
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sıfır tullantı" və dairəvi iqtisadiyyatın inkişafı iqlim gündəliyinin prioritet istiqamətlərindəndir.
"Report xəbər verir ki, bunu COP31 Sədrlik Ofisinin baş məsləhətçisi Kristian Mensa Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə tətbiq edilə bilən və iqlim fəaliyyətinin sürətlənməsinə kömək edən həllərə xüsusi diqqət yetirilməlidir.
"Sıfır tullantı" konsepsiyası və dairəvi iqtisadiyyatın inkişafı diqqət yetirməyi tövsiyə etdiyimiz təşəbbüslərdəndir", - Mensa bildirib.
O qeyd edib ki, iqlim həllərinin icrasının sürətləndirilməsi üzrə planlar maraqlı tərəfləri bir araya gətirməyə, təşəbbüslərin miqyasının genişləndirilməsi üçün maneələri aşkar etməyə və onların həyata keçirilməsini ayrı-ayrı ölkələrin prioritetləri ilə əlaqələndirməyə kömək edir.